Azərbaycan axtarışda olan şəxsi Qazaxıstana ekstradisiya edib
Azərbaycan ilə bağlı axtarışda olan 42 yaşlı Qazaxıstan vətəndaşı Afət Həsənovu ölkəsinə ekstradisiya edib.
1news.az-ın Today.kz saytına istinadən verdiyi xəbərə görə, tutulan şəxs Manqıstau vilayətində özgə əmlakını mənimsəməkdə ittiham olunur.
“Azərbaycan Respublikası ərazisində xuliqanlığa görə həbs edilmiş, Qazaxıstanda özgə əmlakının mənimsənilməsinə görə axtarışda olan 42 yaşlı Qazaxıstan vətəndaşı Afət Həsənov Baş prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib. Bununla bağlı qərar bu il fevralın 15-də qəbul edilib. Hazırda o, Astanada təcridxanada saxlanılır”- deyə, məlumatda qeyd edilib.
1news.az
605