Ermənistanın işğalı altındakı Sərsəng su anbarından normadan artıq su buraxıldığı üçün fəsadlar yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın işğalı altındakı Sərsəng su anbarından normadan artıq su buraxıldığı üçün fəsadlar yaranıb

00:22 - 01 / 03 / 2016
Ermənistanın işğalı altındakı Sərsəng su anbarından normadan artıq su buraxıldığı üçün fəsadlar yaranıb

Bərdənin Əyricə kəndində körpü uçub.

1news.az APA-ya istinadən xəbər verir ki, körpünün uçmasına səbəb Tərtərçay çayında suyun artması olub. Tərtərçay Hidroqovşağı İdarəsindən  Bildirilib ki,  Ermənistan tərəfi, çaya işğal altında olan Sərsəng su anbarından normadan artıq su buraxıb. Çayda suyun səviyyəsinin qalxması Tərtərçay çayında və Aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən “Xan Arx”  su kanalının lil və çınqılla dolmasına səbəb olub. Hazırda sel sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.

 Çay suyunun qalxması  Bərdənin Əyricə kəndi ərazisində yeni bərpa olunan körpüdəki tikinti işlərini də  ləngidib.

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər