Sabirabadda 1-ci qrup əlil olan uşaq su kanalında boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 1-ci qrup əlil olan uşaq su kanalında boğulub

12:30 - 01 / 03 / 2016
Sabirabadda 1-ci qrup əlil olan uşaq su kanalında boğulub

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən rayonun Nizamikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1-ci qrup əlil, 11 yaşlı Rəhman Sadıqov evinin yaxınlığından keçən su kanalına yıxılaraq boğulub.

Meyit sudan çıxarılıb.

1news.az

 

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər