“Baltika-Bakı” məhdud sayda Novruz bayramına həsr olunmuş “Xırdalan” pivəsini satışa çıxarıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baltika-Bakı” məhdud sayda Novruz bayramına həsr olunmuş “Xırdalan” pivəsini satışa çıxarıb – FOTO

12:38 - 01 / 03 / 2016
“Baltika-Bakı” məhdud sayda Novruz bayramına həsr olunmuş “Xırdalan” pivəsini satışa çıxarıb – FOTO

Bu ilin mart ayının 1-dən etibarən “Baltika-Bakı” şirkəti Novruz bayramına həsr olunmuş məhdud sayda “Xırdalan” pivəsini satışa çıxarıb.

Azərbaycanın pivə bazarında lider olan “Baltika-Bakı” şirkəti istehlakçıları maksimal şəkildə məmnun etməyə çalışır və onlarla ən parlaq anları və hadisələri paylaşır. Bunun bir nümunəsi olaraq üzərində Azərbaycan xalqının ənənəvi bayramlarından biri olan – Novruza həsr olunmuş bayram etiketləri ilə məhdud sayda “Xırdalan” pivəsinin istehsalını göstərmək olar. 

Qədim zamanlardan Azərbaycanda baharın gəlişi, təbiətin oyanması və yeni ilin başlanması kimi qeyd olunan Novruz bayramını ailə və yaxın qohumlarla böyük məclislərdə, geniş çeşidli yeməklərlə qeyd etmək ənənə halını alıb.

Martın 1-dən etibarən məhdud sayda istehsal olunmuş və ölkənin bir nömrəli pivə brendi olan “Xırdalan” Novruz bayramında süfrənin bəzəyi olacaq.

“Heç kim üçün sirr deyil ki, yarandığı gündən “Baltika-Bakı” şirkəti fəaliyyətini istehlakçıların gözlənti və arzularına əsasən qurub. Təsadüf deyil ki, sərinləşdirici dada malik yüngül lager olan “Xırdalan” brendi maksimal şəkildə Azərbaycan istehlakçısının zövqünə əsasən hazırlanıb. Lakin bizim üçün keyfiyyətli pivə istehsalı ilə yanaşı, həmçinin ölkənin ən mühüm hadisələrini istehlakçılarla bölüşmək böyük əhəmiyyət kəsb edir. Buna görə də biz Azərbaycan xalqının sevimli bayramı ərəfəsində məhdud sayda “Xırdalan” pivəsi istehsal etdik. Ümid edirəm ki, üzərində bayram etiketi olan “Xırdalan” pivəsi müştərilərə gözəl əhval-ruhiyyə bəxş edəcək və Novruz şənliyinin ayrılmaz hissəsinə çevriləcək”, - deyə “Baltika-Bakı” şirkətinin baş direktoru Sergey Tolmaçov bildirib.

Azərbaycanın ən önəmli bayramlarından olan və ölkənin tarixi və ənənələri ilə   birbaşa əlaqələndirilən Novruz bayramına həsr olunmuş məhdud sayda “Xırdalan” pivəsinin bayram etiketi ilə buraxılması zəngin mədəniyyətə və qədim adətlərə hörmət əlamətidir.

Xırdalan – seçilmiş arpa suyundan, mayadan, mayaotundan və sudan hazırlanmış açıq lagerdir. Zəngin dadına, təkrarolunmaz ətrinə və dəyişməz olaraq qalan yüksək keyfiyyətinə görə Xırdalan Azərbaycanın pivə bazarında 30% iştirak payı olan bir nömrəli pivə brendidir.

Ötən il “Baltika-Bakı” şirkəti Xırdalan brendinin “Pulu qapağın altında axtar” adlı istehlak proqramı və “Yeni dövrün pivəsi” adlı imic kampaniyasını həyata keçirilib. 2016-cı ildə Xırdalan brendi  Azərbaycanda  “Avro 2016” futbol üzrə Avropa çempionatının rəsmi sponsoru olacaq.

“Baltika-Bakı” pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər  (distribyutor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. “Baltika-Bakı” şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 47 milyon AZN-dən çoxdur. “Baltika-Bakı” şirkətinin məhsulu Azərbaycan bazarının 75%-ni təşkil edir (2015-ci il). Şirkət “Xırdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “Jiqulyovskoye firmennoye”, “33 Export” kimi populyar pivə brendləri istehsal edir.

“Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” MMC – Rusiyanın istehlak malları sırasında ən böyük istehsalçılardan biridir, 1996-cı ildən isə Rusiyanın pivə bazarında liderdir. “Baltika” şirkətinə Rusiya ərazisində 8 zavod və çoxsaylı pivə brendləri məxsusdur. “Baltika” şirkəti – Rusiyanın aparıcı pivə ixracatçısıdır: “Baltika” şirkətinin məhsulları 75-dən artıq ölkədə təqdim olunur, Rusiyada istehsal olunan bütün pivənin 50%-dan artıq hissəsi şirkətin payına düşür.

www.carlsberggroup.com

http://corporate.baltika.ru/plant/12/

Paylaş:
910

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər