Moqerininin Bakıya səfərinin yekunları haqda ekspertin fikirləri: Azərbaycan xarici siyasət istiqamətini düzgün müəyyənləşdirib
Xəbər verildiyi kimi, fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı başa çatdı.Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı toplantıda layihənin iştirakçısı olan ölkələrin – Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri də iştirak edib.
Tədbirə həmçinin ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də iclasa qatılmışdılar.Tədbirin yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə də imzalandı.
Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin səfəri çərçivəsində keçirilən mətbuat konfransı zamanı o, Dağlıq Qarabağ münaqişəsi zamanı status-kvo qəbuledilməzdir bildirərək, münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
“Avropa İttifaqıAzərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Aİ və ona üzv olan ölkələr Dağlıq Qarabağın müstəqilliyini qəbul etmir. Hesab edirik ki, status-kvo qəbuledilməzdir vəmünaqişəsinin sülh yolu ilə nizamlanması bizim üçün mühüm əhəmiyyət daşıyır”, – deyə avropalı diplomat qeyd edib ki, münaqişə hərb yolu ilə deyil, beynəlxalq normalar çərçivəsində siyasi yolla həll edilməlidir.
Ötən iclasın əhəmiyyəti və Federika Moqerinin Dağlıq Qarabağ münaqişəsi haqda bəyanatları ilə bağlı Qərb Universitetinin professoru, azərbaycanlı politoloq Fikrət Sadıxova müraciət etdik.
Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlər tərəfindən imzalanan Birgə Bəyannamə sübut edir ki, Azərbaycan fəal diplomatik hücum istiqamətindədir.
“Biz Avropa ölkələrini, eləcə də Avropa İttifaqını cəlb edərək enerji diplomatiyasını həyata keçiririk. Bu da şübhəsiz ki, Azərbaycanhökumətinin böyük və uğurlu siyasətinin nəticəsidir. Avropa və ABŞ-ın aparıcı nümayəndələrinin iştirakı ilə imzalanmış razılaşmalar bir daha göstərir ki, Azərbaycanı dünyada regionun vacib oyunçusu kimi qəbul edirlər və eləcə də, onun maraqlarını lazımlı və əhəmiyyətli hesab edirlər”, - politoloq bildirdi.
Sadıxovun sözlərinə görə, Azərbaycan iyirmi ildən də artıq bir zamanda ərzindəaparıcı dövlətlərin Ermənistan-Azərbaycan münaqişəsinə verdikləri qeyri-obyektiv qiymətlə bağlı mövqeləri ilə qarşılaşmasaydı ölkənin hücumçu diplomatiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında “status-kvo”nun qəbuledilməzliyi daha tez müsbət nəticələr verə bilərdi.
“Təəssüf ki, bəzi dünya gücləri tərəfindən belə qeyri-obyektiv qiymətləndirmə ilə bu gün də rastlaşırıq. Lakin ölkəmizin ərazi bütövlüyünün tanınması, beynəlxalq struktur və dünya siyasətinin aparıcı oyunçularının bunu açıq bəyan etməsi, onu göstərir ki, ölkə rəhbərliyi dövlətin xarici siyasət istiqamətini doğru müəyyənləşdirib.
Status-kvonun qəbulolunmazlığını Azərbaycan rəhbərliyi müxtəlif beynəlxalq meydanlarda dəfələrlə bildirib. Düşünürəm ki, Bakıda prezident İlham Əliyev və xanım Mogerininin görüşü zamanı onun aradan qaldırılması məsələsi müzakirə olunub. Şübhəsiz ki, dövlət başçısı və Avropa diplomatiyasının yüksək nümayəndəsi səviyyəsində fikir mübadiləsi Aİ-nin mövqeyində əsaslı dəyişikliklərin olmasından xəbər verir. İnanmaq istəyirik ki, avropalı elçilərin dilindən səslənən yüksək bəyanatlar əvvəliklər kimi deklarativ xarakter daşımayacaq”,- Sadıxov bildirib.
Eyni zamanda politoloq energetika və siyasət sahəsində ölkə prezidentinin sözlərinə diqqət yönəldib.
Prezident İlham Əliyev bəyan edib ki, energetika faktoru heç bir halda siyasi təşəbbüs, yaxud siyasi tələb vasitəsi olmamalıdır. Müvafiq olaraq enerji sahəsində əməkdaşlıq siyasi formatdan ayrılmalıdır.
Öz növbəsində politoloq qeyd edib ki, dövlət başçısı haqlı olaraq energetika və siyasi konyukturanı bir-birindən ayırmağa çağırıb.
“Eyni zamanda qeyd etmək lazımdır ki, enerji təhlükəsizliyi ölkənin milli təhlükəsizliyininmühüm elementidir”,- politoloq deyib.
Fikrət Sadıqov hesab edir ki, “Bakı ATƏT-in Minsk qrupunun aktivliyini görmək istərdi. Belə ki, o, münaqişənin həllində vasitəçilik formatının əsasını təşkil edir.
“Təəssüf , biz indiyə qədər ancaq bu beynəlxalq strukturun danışıqlar prosesindəki passiv fəaliyyəti və qeyri-təşəbbüskarlığının şahidi olmuşuq. Həmsədrlər tərəfindən münaqişənin sülh yolu ilə həllinə yönəlmiş hansısa aktiv iştirakından danışmaq hələ ki mümkün deyil.
1news.az