Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib
Gəncə şəhərində qadın sahibkarlar üçün treninq keçirilib keçirilib.
1news.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan treninqin keçitilməsində məqsəd qadınların iqtisadi fəallığının artırılması və sahibkarlıq fəaliyyətinə cəlb olunması, eləcə də onların bir sıra məsələlər haqqında məlumatlandırılması olub.
Treninq iştirakçılarına “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilib.
Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.
1news.az