KİV nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı ilə tanış olublar - FOTO | 1news.az | Xəbərlər
Siyasət

KİV nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı ilə tanış olublar - FOTO

22:09 - 02 / 03 / 2016
KİV nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı ilə tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlak, ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə müxtəlif istiqamətlərdə fəaliyyətlər həyata keçirilir.

1news.az-ın nazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən martın 2-də kütləvi informasiya vasitələri nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarına səfər edərək inzibati və texniki ərazilərə baxıb, yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, bu növ bazalar cəbhəyanı bölgələrdə də fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir.

Əvvəlcə Mərkəzi Əşya Bazasında fəaliyyət göstərən hamam-camaşırxana kombinatının fəaliyyəti ilə maraqlanan KİV nümayəndələri orada yaradılan şəraitlə tanış olub və çalışanlarla görüşüblər.

Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə də hamam-camaşırxana və məişət otaqlarının avadanlığının yenisi ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür.

Sonra jurnalistlər Silahlı Qüvvələrin şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxıblar.

Hərbi qulluqçuların yay və qış, bütün alt və üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir. Bundan əlavə, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü və davamlığı ilə də fərqlənirlər.

Eyni zamanda, hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və ikimərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilir.

İplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunub.

Media nümayəndələri əşya əmlakının müayinəsi və keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti ilə  tanış olublar.

Dövlət standartlarlarını, normativ texniki sənədləri, əsas şərtlər toplusunu və digər rəhbəredici sənədləri əsas tutaraq laboratoriyada şəxsi heyət üçün tədarük olunan bütün növ əşya əmlaklarının fiziki və mexaniki göstəricilərinin sınaqları aparılır.

Mərkəzi Ərzaq Anbarı haqqında ümumi məlumat əldə etdikdən sonra sonra KİV nümayəndələri orada fəaliyyət göstərərən Mərkəzi Ərzaq Anbarının laboratoriyasına gələrək onun fəaliyyəti ilə  tanış olublar.

Laboratoriyada Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən qəbul edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının orqanoleptik, texniki, fiziki-kimyəvi, bakterioloji müayinəsini həyata keçirərək, ərzaqın qida üçün tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edir.

Sonra media nümayəndələri quru ərzaq məsulları, tərəvəz məhsulları saxlancları, eləcə də tez xarab olan ərzaqların, ət və balıq məhsulları soyuducu-saxlanclarına da baş çəkiblər.

Bildirilib ki, Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları təminatıhı gücləndirmək məqsədilə birbaşa əsəgərlərin qidalanması üçün hərbi hissələrə verilir.

Hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx işçilərinin mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə müsbət təsirini göstərib.

Hərbi hissələr müasir tipli yeməkxana-mətbəx avadanlığı, o cümlədən, ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik və qaz plitələri ilə təmin edilib.

Hazırda yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb.

Stasionar şəraitdə yerləşən hərbi hissələrdən fərqli olaraq relyefinə görə daşıma yolları çətin və yüksək dağ şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilir. Bir nəfər üçün bir porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları, 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm, qarışıq dolmalar və küftələr hazırlanıb.

Bundan əlavə, içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fıziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün yay mövsümündə 2 litr, qış mövsümündə isə 1 litr qablaşdırılmış su verilir.

Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib.

Sonda media nümayəndələri üçün əsgər naharı təşkil olunub və jurnalistlər hazırda əsgərlərin ərzaq payı normalarına daxil olan qida məhsullarının dadına baxıblar.

Qeyd edək ki, martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə keçirilməsi planlaşdırılan “Açıq qapı” günündə də əsgər valideynləri və yaxınları üçün hərbi qulluqçularımızın qida rasionuna daxil olan ərzaqlardan nahar təşkil ediləcəkdir.

1news.az

Paylaş:
1090

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər