Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ-ın Oreqon ştatının qubernatoru ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ-ın Oreqon ştatının qubernatoru ilə görüşüb - FOTO

10:18 - 02 / 03 / 2016
Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ-ın Oreqon ştatının qubernatoru ilə görüşüb - FOTO

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Oreqon ştatına etdiyi işçi səfər müddətində ştatın qubernatoru xanım Keyt Braun (Kate Brown) ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

1news.az-a konsulluğun mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı, Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə, xüsusilə limançılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

N.Ağayev, eyni zamanda qubernatora Azərbaycanın tarixi, müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, tolerantlıq və multikulturalizm ənənələri haqda məlumat verib.

Diplomat, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğunu və ilk dəfə qadınlara səsvermə hüququnun məhz Azərbaycanda verildiyini diqqətə çatdırıb.

Baş konsul, həmçinin, Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. N.Ağayev, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Öz növbəsində, qubernator Brown keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib.

Qeyd edək ki, Oreqon ştatına işçi səfəri zamanı baş konsul N.Ağayev, həmçinin, ştatın dövlət katibi Cin Atkins (Jeanne Atkins), hər iki partiyanı təmsil edən müxtəlif qanunvericilər, ştatın ən böyük şəhəri olan Portlandın meri Çarli Heyls (Charlie Hales) ilə görüşlər keçirib, Portland Ştat Universitetində tələbələr qarşısında çıxış edib.

1news.az

Paylaş:
917

Son xəbərlər

Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər