Fövqəladə Hallar Nazirliyi məişətdə civə dağılmaları ilə bağlı əhaliyə müraciət edib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi məişətdə civə dağılmaları ilə bağlı əhaliyə müraciət edib – VİDEO

13:53 - 03 / 03 / 2016
Fövqəladə Hallar Nazirliyi məişətdə civə dağılmaları ilə bağlı əhaliyə müraciət edib – VİDEO

Məişətdə civə dağılmaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə çoxsaylı zənglər daxil olur.

1news.az-ın məlumatına görə, nazirlik civənin insan orqanizmi üçün təhlükəli maddə olduğunu nəzərə alaraq əhaliyə müraciət edib.

Civə dağılmaları ilə bağlı bir sıra təhlükəsizlik qaydalarını xatırladan nazirlikdən bildiriblər ki, məişətdə, əsasən, tibbi termometrlərin tərkibində rast gəlinən civə çox zəhərli metaldır. Belə ki, dağılan civə kiçik kürəciklərə ayrılır, asanlıqla döşəmə, divar və mebeldəki çatlara daxil olur, tədricən buxarlanaraq insanı zəhərləyir.

Məişətdə civə dağıldıqda nə etməli:

- dağılmış civəyə toxunmayın;

- insanları və ev heyvanlarını otaqdan çıxarın;

- digər otaqların qapılarını bağlayın;

- civə dağılan otağın pəncərəsini açın;

- “112” qaynar xəttinə məlumat verin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisini gözləyin.

Civəni müstəqil yığmaq zərurəti yaranarsa:

- əllərinizə mütləq rezin əlcək geyinin, ağzınızı yaş tənziflə bağlayın;

- civəni nəm vərəq və ya pambıqla, skotç, plastır və ya rezin pipetka ilə toplayaraq içində soyuq su olan bankaya yığıb, ağzını kip bağlayın;

- həmin yeri sabunlu-sodalı, xlorlu və ya marqanslı məhlulla silin;

- bankanı və civəyə toxunmuş digər əşyaları (əlcək, skotç, termometr və s.) FHN əməkdaşlarına təhvil verin.

Yadda saxlayın: dağılmış civəni tozsoran və ya süpürgə ilə toplamaq, kanalizasiya və ya zibil qutusuna atmaq olmaz! 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

1news.az

 

Paylaş:
588

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər