Azərbaycanda 300-dən çox şəxsə yeni şəxsiyyət vəsiqəsi verilib
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər keçirilir.
1news.az-ın məlumatına görə, vətəndaşlara, həmçinin, ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərə şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər Xəzər və Binəqədi Rayon Polis idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.
Paytaxtın Xəzər rayonununn Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa şəhər orta məktəbində keçirilmiş səyyar xidmət zamanı 61 şagirdə, Qaradağın Qızıldaş qəsəbəsində isə ümumilikdə 254 nəfərə yeni şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub.
Nazirlikdən bildiriblər ki, anoloji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
1news.az