ADIF rəhbəri: “Həcmindən asılı olmayaraq bütün bank əmanətləri sığortalanacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF rəhbəri: “Həcmindən asılı olmayaraq bütün bank əmanətləri sığortalanacaq”

14:20 - 03 / 03 / 2016
ADIF rəhbəri: “Həcmindən asılı olmayaraq bütün bank əmanətləri sığortalanacaq”

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvü olan bütün banklarda yerləşdirilmiş əmanətlər həcmindən asılı olmayaraq sığortalanacaq.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında adıçəkilən Fondun rəhbəri Azad Cavadov deyib.

“Əgər əmanətçi qoyduğu əmanətin sığortalanmasını istəyirsə, o vəsaiti banka ADIF Himayəçilər Şurasının müəyyən etdiyi maksimal faiz dərəcəsi ilə yerləşdirməlidir. Belə ki, sığortalanan əmanətlərin maksimal faiz dərəcəsi xarici valyutada 3 faiz, milli valyutada 12 faiz müəyyən olunub”, A.Cavadov deyib.

Bu qaydalar 3 il müddətində aktiv olacaq, yəni 2 mart 2016-cı ildən 1 mart 2019-cu ilə qədər davam edəcək

“1 mart 2019-cu ildən sonra “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti uzadılması- 30 min manat limitinə qayıtmaq, yaxud başqa məbləği müəyyən etməklə bağlı qərar qəbul olunacaq”,- o, deyib.

1news.az

Mövzu ilə bağlı: ADIF xarici valyutada əmanəti olan şəxslərə müraciət etdi

 

Paylaş:
697

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər