Tovuzda ev yanıb, iki nəfər tüstüdən zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda ev yanıb, iki nəfər tüstüdən zəhərlənib

09:13 - 03 / 03 / 2016
Tovuzda ev yanıb, iki nəfər tüstüdən zəhərlənib

Tovuz rayonunda evlərin birində yanğın baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Tovuz şəhərində beşmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 10 kv.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib və aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər