Şirvan sakini oksigen balonunun partlaması nəticəsində dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan sakini oksigen balonunun partlaması nəticəsində dünyasını dəyişib

09:59 - 03 / 03 / 2016
Şirvan sakini oksigen balonunun partlaması nəticəsində dünyasını dəyişib

Bu gün səhər saatlarında Şirvan şəhəri, M. Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər