Moldova baş naziri Azərbaycan səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Moldova baş naziri Azərbaycan səfiri ilə görüşüb

22:45 - 03 / 03 / 2016
Moldova baş naziri Azərbaycan səfiri ilə görüşüb

Moldova Baş naziri Pavel Filip martın 3-də Azərbaycan səfiri Namiq Əliyevlə görüşüb.

1news.az MOLDPRES-ə istinadla xəbər verir ki, tərəflər Moldova və Azərbaycan arasında münasibətlərin inkişafı aspektlərini müzakirə ediblər.

Baş nazir qarşılıqlı etibar, hörmət və dəstək əsasında siyasi, iqtisadi və humanitar dialoqun gələcək inkişafının vacibliyini qeyd edib.

P.Filip deyib: “Biz gələcəkdə də Azərbaycanın dəstəyinə ümid edir və ölkələrimiz arasında yaxşı və səmərəli əməkdaşlığa hazır olduğumuzu nümayiş etdiririk”.

Namiq Əliyev Moldovanı dəstəkləməklə bağlı Azərbaycanın mövqeyini təsdiqləyib və iki ölkə arasında qida və şərabçılıq sənayesi sahələrində ticari münasibətlərin fəallaşdırılmasının vacibliyini vurğulayıb.

P.Filip və N.Əliyev ticari-iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclaslarının təşkili, habelə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə ediblər.

Paylaş:
615

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər