Bakıda Azərbaycan - Macarıstan Biznes Forumu keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan - Macarıstan Biznes Forumu keçiriləcək

11:02 - 03 / 03 / 2016
Bakıda Azərbaycan - Macarıstan Biznes Forumu keçiriləcək

Martın 6-da Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək.

1news.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbir Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Biznes foruma qida və kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji və tullantıların idarə edilməsi, sənaye məhsulları və avadanlıqlarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq Macarıstan şirkətinin qatılacağı gözlənilir.

1news.az

 

Paylaş:
786

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər