Bakıda yaşlı ər-arvad evlərində qətlə yetirildi
Bakının Pirallahı rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
1news.az-ın rayon polis idarəsinə istinadən verdiyi xəbərə görə, rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitləri yaşadıqları evdə aşkar edilib.
Meyitlərə baxış keçirilərkən qadının üzərində zorakılıq əlamətləri aşkar edilib.
İlkin ehtimala görə qətl qarət məqsədilə həyata keçirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
1news.az
582