Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək

23:30 - 03 / 03 / 2016
Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək

Qriqori Karasin Azərbaycan və Rusiya XİN-ləri arasındaki siyasi məsləhətləşmələrdə iştirak edəcək

1news.az-ın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Q.Karasin Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) arasındaki siyasi məsləhətləşmələrdə iştirak edəcək.

"Azərbaycan XİN-in rəhbərliyi ilə işçi görüşü planlaşdırırıq. Gündəlikdə bir çox mövzu var: ikitərəfli əlaqələr, regional problemlər, Cənubi Qafqazın problemləri. Müzakirə üçün məsələ çoxdur", - deyə Karasin qeyd edib.

Onun sözlərinə görə, Bakıya səfəri çərçivəsində o, Azərbaycan tərəfini martın 2-də İranda apardığı danışıqlar haqqında da məlumatlandıracaq.

1news.az

Paylaş:
700

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər