Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının beşinci fövqəladə sammitində təmsil olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının beşinci fövqəladə sammitində təmsil olunacaq

11:50 - 03 / 03 / 2016
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının beşinci fövqəladə sammitində təmsil olunacaq

Martın 6-7-də İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fələstin Əl-Qüds Əl-Şərif üzrə beşinci fövqəladə Sammiti keçiriləcək.

1news.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin iştirak edəcəyi Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizi Baş nazirin müavini Elçin Əfəndiyev təmsil edəcək.

Ümumi müzakirələrin yekununda Fələstin Əl-Qüds Əl-Şərif üzrə Cakarta Bəyannaməsinin qəbulu nəzərdə tutulub.

1news.az

Paylaş:
1101

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər