XİN ABŞ-ın Corciya ştatının qondarma “DQR”-in müstəqilliyini tanımasına münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

XİN ABŞ-ın Corciya ştatının qondarma “DQR”-in müstəqilliyini tanımasına münasibət bildirib

14:28 - 04 / 03 / 2016
XİN ABŞ-ın Corciya ştatının qondarma “DQR”-in müstəqilliyini tanımasına münasibət bildirib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının qondarma “Dağlıq Qarabağ Respublikası”nın (DQR) müstəqilliyini tanıması barəsində qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Məsələ ilə əlaqədar 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev münasibətini açıqlayıb.

H.Hacıyev qeyd edib ki, 15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa qətnamə qəbul edilib:

“ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır və dəstəklənir. Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status kvonu saxlamağa çalışır”.

1news.az

Paylaş:
536

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər