Aeroport yolunda ağır yol qəzası olub, çoxlu sayda insan xəsarət alıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aeroport yolunda ağır yol qəzası olub, çoxlu sayda insan xəsarət alıb – FOTO – VİDEO

18:26 - 04 / 03 / 2016
Aeroport yolunda ağır yol qəzası olub, çoxlu sayda insan xəsarət alıb – FOTO – VİDEO

Bakıda, Heydər Əliyev adına hava limanına gedən yolda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, “Buta Palace”nin yaxınlığında 160 saylı “Daewoo” markalı marşrut avtobusu ilə “VAZ 2106”, 90-EJ-990 dövlət nömrə nişanlı “Toyota Prado” və 99-EE-706 dövlət nömrə nişanlı markalı avtomobilləri toqquşub.

 

Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 14 nəfərə yerindəcə tibbi yardım göstərilib, 7 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilib. Xəstəxanadan yaralıların həyatı üçün təhlükənin olmadığını bildiriblər.

 

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

1news.az

Video: Avtosfer.az

Foto: Şahin Rzayev

 

Paylaş:
1018

Son xəbərlər

Bütün xəbərlər