Bakıda iki yanğın hadisəsi baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki yanğın hadisəsi baş verib

19:54 - 04 / 03 / 2016
Bakıda iki yanğın hadisəsi baş verib

Bakı şəhərində iki yanğın hadisəsi baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 112 kvadratmetr olan ikimərtəbəli (hər mərtəbəsi 56 kv.m) 8 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 kv.m sahədə, birinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Xətai rayonunda üçmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 61 kvadratmetr olan 3 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

 

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər