Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi

19:58 - 04 / 03 / 2016
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi

Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.

1news.az-ın məlumatına görə, spiker Oqtay Əsədovun təsdiq etdiyi qərarla İslam Əli oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Qeyd edək ki, sözügedən qərar Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qəbul olunub.

1news.az

 

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər