Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

09:45 - 04 / 03 / 2016
Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” Açıq Səhmar Cəmiyyətindən məlumat veriblər.

Məlumata görə, Maştağa və  Ramana anbar komplekslərini birləşdirən yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulması işləri ilə əlaqədar bu gün gün ərzində Şuşa məcburi köçkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Ramana Südçülük Sovxozu adlanan əraziyə, Aeroport yolunun sağ və sol hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər