Macarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Macarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

15:53 - 05 / 03 / 2016
Macarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Baş nazir Viktor Orbanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
823

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər