Azərbaycanın birinci xanımı Xalq artistinin əməliyyat xərclərini öhdəsinə götürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın birinci xanımı Xalq artistinin əməliyyat xərclərini öhdəsinə götürdü

15:25 - 07 / 03 / 2016
Azərbaycanın birinci xanımı Xalq artistinin əməliyyat xərclərini öhdəsinə götürdü

Martın 5-də Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı Respublika Diaqnostika Mərkəzində bel fəqərə sütunundan cərrahiyyə əməliyyatı olunub.

1news.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə cərrahiyyə əməliyyatı Fondun dəstəyi ilə həyata keçirilib və Xalq artisti Afaq Bəşirqızının səhhəti ilə bağlı məsələlər Azərbaycanın birinci xanımının himayəsinə götürülüb.

Əməliyyatdan əvvəl Xalq artistinin səhhəti ilə bağlı geniş təhlillər aparılıb, azərbaycanlı mütəxəssislər və Türkiyədən dəvət olunmuş həkimlərin iştirakı ilə cərrahiyyə əməliyyatına qərar verilib.

Əməliyyat ərəfəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Respublika Diaqnostika Mərkəzində Afaq Bəşirqızı ilə görüşüb və Fondun prezidenti Mehriban Əliyevanın Xalq artistinin sənətinə yüksək dəyər verdiyini, onun səhhəti ilə yaxından maraqlandığını və nəzarətdə saxladığını bildirib.

Afaq Bəşirqızı əməliyyatdan sonra Respublika Diaqnostika Mərkəzində qısa reabilitasiya dövrü keçəcək.

1news.az

 

 

Paylaş:
687

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər