Göygöl rayonunda törədilmiş qətlin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöl rayonunda törədilmiş qətlin üstü açılıb

18:11 - 07 / 03 / 2016
Göygöl rayonunda törədilmiş qətlin üstü açılıb

Göygöl rayonunda törədilmiş qətlin üstü açılıb.

By barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Göygöl rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cari ilin fevralında qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılaraq təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Belə ki, martın 2-də Göygöl rayonunun Axarca kəndi ərazisindəki meşə massivində insan meytinin basdırılması barədə Göygöl rayon prokurorluğuna daxil olmuş məlumat əsasında meyit aşkar edilərək basdırıldığı yerdən çıxarılıb və istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Əliyev olduğu müəyyən edilib. Faktla bağlı dərhal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Balçılı kənd sakini Cavid Cəfərov tanışı Eldar Əliyevlə aralarında borc pulla bağlı yaranmış narazılığa görə həmkəndliləri Qoçu Kərimov və Aqil Rüstəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında onu öldürməyi razılaşıblar. Həmin məqsədlə, fevralın 15-də onlar 2 ədəd bel, 1 ədəd dəmir ling və 1 ədəd külüngü sonuncunun idarə etdiyi avtomobillə Axarca kəndi ərazisindəki meşəlikdə gizlədiblər.

Bundan sonra, fevralın 25-də saat 18 radələrində C.Cəfərov E.Əliyevi nahar etmək adı ilə A.Rüstəmovun idarə etdiyi avtomobillə rayonun Balçılı kəndində yerləşən “Nurəddin bulağı” adlanan əraziyə dəvət edib. Burada yeyib içdikdən sonra sərxoş vəziyyətdə C.Cəfərovla E.Əliyev arasında yaranmış mübahisə zamanı C.Cəfərov çəkiclə E.Əliyevin təpə nahiyəsinə iki dəfə vuraraq öldürüb və meyitini birlikdə A.Rüstəmovun idarə etdiyi avtomobilin yük yerinə qoyub Axarca kəndi istiqamətinə aparıblar.

Avtomobil nasaz vəziyyətə düşdüyündən meyiti oraya çağırılmış tanışları Xəyal Məmmədovun idarə etdiyi avtomobillə Axarca kənd ərazisindəki meşəlik sahəyə aparıb basdırıblar.

İş üzrə Cavid Cəfərov, Aqil Rüstəmov və Qoçu Kərimov Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), Xəyal Məmmədov isə həmin məcəllənin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

 

Paylaş:
675

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər