Bakı sakinindən 2 kiloqramdan artıq narkotik maddə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinindən 2 kiloqramdan artıq narkotik maddə götürülüb

19:48 - 07 / 03 / 2016
Bakı sakinindən 2 kiloqramdan artıq narkotik maddə götürülüb

Polis Bakı sakinindən külli miqdarda narkotik maddə götürüb.

1news.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Həsənzadədən 100 qram marixuana götürülüb. Onun Pirşağı qəsəbəsindəki yaşadığı evə baxış zamanı əlavə 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 5-də Aygün Babayevanın evindən qızıl əşyalar, habelə yanvar və feral ayları ərzində Balaxanı qəsəbə sakinləri olan daha 2 nəfərin evlərindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

1news.az

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər