Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib

17:45 - 10 / 03 / 2016
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibə verib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

-Cənab Prezident, Azərbaycan kimi neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatı şaxələndirmək, neftin qiyməti ilə bağlı hazırkı dövrdə biznes modelini dəyişmək nə dərəcədə əhəmiyyətlidir?

-Əslində biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin hazırda - neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir.

Hazırda biz Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənən əsasən qeyri-neft sektorunun sahələrini - kənd təsərrüfatının, informasiya texnologiyalarının, turizmin inkişafını və digər sahələri əhatə edən geniş islahatlar paketi təqdim edirik. Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq.

-Neftin və neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri Sizi nə dərəcədə narahat edir?

-Biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər. Çünki bəzi ölkələr neftdən gəlir götürməyə adət edib. Həmin səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarları ilə nəticələnə bilər.

Buna görə də bu, baş verə bilər. Düşünürəm ki, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaq, neft və qaz layihələrindənsə müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa, düşünürəm ki, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.

Müxbir: Çox təşəkkür edirəm.

1news.az

Paylaş:
643

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər