Azərbaycan Prezidenti İlham Əliyev İranın Sərhəd Qoşunlarının Komandanını qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev İranın Sərhəd Qoşunlarının Komandanını qəbul edib

14:24 - 11 / 03 / 2016
Azərbaycan Prezidenti İlham Əliyev İranın Sərhəd Qoşunlarının Komandanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu yaxınlarda İran İslam Respublikasına uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfərin gözəl nəticələr verdiyini dedi və ölkələrimiz arasında əməkdaşlığa dair ikitərəfli 12 sənədin imzalanmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirdi. İran və Azərbaycan Sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin ölkəmizə səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirdi. Prezident İlham Əliyev dedi ki, ölkələrimizi və xalqlarımızı böyük tarix birləşdirir. Dövlətimizin başçısı hazırda ölkələrimizin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərdiklərini qeyd etdi, iki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğuladı.

Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin ölkələrimizin Sərhəd xidmətləri arasında əlaqələrin inkişafına verdikləri dəstəyin önəmini vurğuladı. O, Prezident İlham Əliyevin İrana son səfərini və səfər zamanı məhsuldar görüşlərin keçirildiyini məmnunluqla qeyd etdi. Qasım Rzayi yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin Sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verəcəyini bildirdi.

1news.az

Paylaş:
850

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər