Ağır qəza nəticəsində bir nəfər həlak olub, yol təsərrüfatına ciddi ziyan dəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağır qəza nəticəsində bir nəfər həlak olub, yol təsərrüfatına ciddi ziyan dəyib

14:36 - 12 / 03 / 2016
Ağır qəza nəticəsində bir nəfər həlak olub, yol təsərrüfatına ciddi ziyan dəyib

Martın 12-də səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş vermiş ağır avtomobil qəzası nəticəsində bir nəfər dünyasını dəyişib və yol təsərrüfatına ciddi ziyan dəyib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

Həmçinin “KamAZ” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri dağıdaraq aşıb. Qəza zamanı 140 poqonmetrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər