Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

13:36 - 14 / 03 / 2016
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq kurslarda iştirak edirlər.

 

1news.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyindən məlumat veriblər.

 

Məlumata görə, martın 14-dən 16-dək İstanbul şəhərində (Türkiyə) “Beynəlxalq hərbi elmlər və təhlükəsizlik – 2016” konfransı, martın 14-dən 19-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun regional kollektiv təlimi planlaşdırma kursu keçiriləcək.

 

Bundan başqa martın 14-dən 25-dək Latina şəhərində (İtaliya) qüvvələrin açılmasının və hərəkətinin idarəedilməsi sistemi üzrə təməl kursu, martın 14-dən 25-dək Ankara şəhərində (Türkiyə) qərargah zabitləri üçün böhranlara cavab əməliyyatları kursu, martın 14-dən aprelin 8-dək İstanbul şəhərində (Türkiyə) əldə düzəldilmiş partlayıcı maddələrin zərərsizləşdirilməsi kursu və martın 14-dən aprelin 29-dək Şrivenhem şəhərində (Böyük Britaniya) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə kurs keçiriləcək.

 

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

 

1news.az

 

Paylaş:
435

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər