Xorvatiya Prezidenti: "IV Qlobal Bakı Forumu böyük təşəbbüs və əla imkandır" | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiya Prezidenti: "IV Qlobal Bakı Forumu böyük təşəbbüs və əla imkandır"

18:10 - 14 / 03 / 2016
Xorvatiya Prezidenti: "IV Qlobal Bakı Forumu böyük təşəbbüs və əla imkandır"

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar Kitaroviçin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun təşkilatçılarına və iştirakçılarına müraciət edib.

1news.az xəbər verir ki, Xorvatiya  Respublikasının Prezidenti  müxtəlif mədəniyyətlər, ölkələr  arasındakı əməkdaşlığa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

"Azərbaycan Respublikasında, Bakıda  multietnik inam və hörmət atmosferi var.  IV Qlobal Bakı Forumu bu prinsiplərə sadiq qalmaq üçün böyük təşəbbüs və əla imkandır. Cəmiyyətin bütün sahələrində birlik və dialoqu şəxsən dəstəkləyən biri kimi,  hal-hazırda hamımızın üzləşdiyi bir çox qlobal problemlər barədə fikir mübadiləsinin aparıldığı forumları dəstəkləyirəm. Avropa Birliyində və ondan kənarda terrorizm və ekstremizm, iqlim dəyişikliyi və mövcud təhlükəsizlik  təhdidləri kimi məsələlər bizim hamımıza Qərb və Şərq arasında əlaqələrin gücləndirilməsinin vacibliyini xatırladır”-deyə o qeyd edib.

Prezident Kolinda Qrabar  Kitaroviç bütün sahələrdə  birgə qlobal fəaliyyətin önəmli olduğunu vurğulayıb. “Xorvatiya və Azərbaycan Respublikası enerji, iqtisadiyyat və təhlükəsizlik, enerji sahəsindəki  bir çox ümumi maraqları bölüşür. Vətəndaşlarımızın rifahı üçün narahat doğuran bütün sahələrdə dostluq münasibətlərimizin gücləndirilməsinin və dərinləşməsinin davam edəcəyinə ümid edirəm”- deyə Prezident bildirib.  Xanım Kolinda Qrabar  Kitaroviç bu tədbiri planlaşdırdığı və bir  çox vacib məsələlərin müzakirəsi üçün beynəlxalq cəmiyyəti bir araya gətirdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə uğurlar arzulayıb.

1news.az

Paylaş:
1003

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər