Azərbaycan və Türkiyə prezidentlərinin görüşü həmrəylik əlaməti olaraq Bakıdan Ankaraya köçürülüb-YENİLƏNİB
Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək.
1news.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib.
Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.
20.06
Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçirilməsini təklif edib
1news.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri növbəti dəfə təxirə salınıb.
Bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyev Azərbaycanın martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib.
1news.az