Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın səfiri ilə görüşüb-FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın səfiri ilə görüşüb-FOTO

20:54 - 14 / 03 / 2016
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın səfiri ilə görüşüb-FOTO

Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.

1news.az Fondun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan ilə Almaniya arasında mövcud əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva münasibətlərimizin inkişafında Haydrun Tempelin xidmətlərini xüsusi qeyd etdi. “Siz səfir olaraq ölkəmiz haqqında dolğun məlumatlar çatdırırsınız”, - deyən Mehriban Əliyeva bildirdi ki, bu, ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına önəmli töhfədir.

Birinci xanım Mehriban Əliyeva Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri olan Almaniya ilə əlaqələrin inkişafında maraqlı olduğunu söylədi. Bildirdi ki, ölkələrimiz arasındakı əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulub. Ölkələrimizin humanitar sahədə də münasibətlərinin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Mehriban Əliyeva Heydər Əliyev Fondunun bu sahədə daha çox iş görməyə hazır olduğunu vurğuladı. Heydər Əliyev Fondunun Almaniyada bir sıra layihələr həyata keçirdiyini xatırladan Azərbaycanın birinci xanımı bu layihələrin böyük maraqla qarşılandığını, humanitar sahədə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırdı.

Azərbaycanın birinci xanımı ilə görüşdən şərəf duyduğunu deyən səfir Haydrun Tempel ölkələrimiz arasında münasibətlərə verilən yüksək dəyərə görə Mehriban Əliyevaya dərin təşəkkürünü bildirdi. Səfir Azərbaycan ilə Almaniya arasında gözəl münasibətlərin qurulduğunu qeyd etdi, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətinin ölkəmizin hüdudlarından kənarda da yaxşı tanındığını vurğuladı.

Görüşdə təhsil və mədəniyyət sahələri ilə bağlı layihələr müzakirə edildi.

1news.az

Paylaş:
803

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər