Aygün Kazımova transseksual tərəfindən təqib olunmasından şikayətləndi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Aygün Kazımova transseksual tərəfindən təqib olunmasından şikayətləndi - FOTO - VİDEO

09:02 - 14 / 03 / 2016
Aygün Kazımova transseksual tərəfindən təqib olunmasından şikayətləndi - FOTO - VİDEO

Xalq artisti Aygün Kazımova haqqında məqalə bu günlərdə “Yeni müsavat” qəzatində çap olunub və sosial şəbəkələrdə böyük rezonans doğurub.

Məqalədə A.Kazımova ermənilərlə əmkdaşlıqda ittiham olunur. Əsasən burada erməni əsilli dizayner Ramazzonun adı hallanır.

Materialda həmçinin müğənninin İstanbuldakı evində açılan əxlaqsızlıq yuvası xatırlanır.

1news.az-a A.Kazımovanın mətbuat xidmətindən verilən məlumata görə müğənni bilirdi ki, “ona qarşı qara piar kampaniyası başlayacaq” ona görə də bir neçə gün əvvəl 106,3 FM- in qonağı olarkən bəyan edib:

“Yaxın vaxtlarda mənim haqqımda bir xəbər çıxacaq, bunu əvvəldən deyirəm ki, KİV nümayəndələri xəbərdar olsun. Mənim adım ətrafında bir qrup şəxs təxribat hazırlayır, adımı “qonşularımızla” (ermənilər nəzərdə tutulur) bağlı hansısa məsələdə hallandırır.     

Bu cür danışıqlar mənə gülünc görünür. Başa düşürəm ki, Aygün adı “reytinq”, “reklam” sözü ilə paralel səslənir. Belə xəbərləri yayan insanlara yazığım gəlir”.

Kazımovanın mətbuat xidmətindən bildirilib ki, xalq artisti “Yeni Müsavat”ı məhkəməyə vermək niyyətindədir. Onun vəkilləri hazırda bu məsələ ilə məşğul olur.

Bu qalmaqallı məqalə haqqında A.Kazımovanın şərhi ilə süjet ANS telekanalında da yayımlanıb. Axşam xəbərlərindəki müsahibədə Kazımova ona qarşı yönələn bu kampaniyada kimin əli olduğunu deyib.

“Müsavat” İnterpolda axtarışda olan və İstanbuldan deportasiya olunmuş şəxsin sözlərinə necə istinad edə bilər? Onlar bu şəxsin kim olduğu bilmirmi, onun sözlərinə niyə inanırlar?- A.Kazımova sual verir.

“Mənim haqqında yaxşı, ya pis olan nə varsa hamısını özüm danışmışam haqqımda belə şeylər uydurmaq nəyə lazımdır? Bununla bağlı özlərini yormasınlar?” -xalq artisti əlavə edib.

Xalq artistinin mətbuat xidməti nümayəndəsi KİV-ə bildirib ki, müğənni ilə bağlı informasiya yalnız mənbəyi dəqiqləşdikdən sonra yayımlana bilərlər. Böhtan xatakterli yazılar qanunsuzdur.

Həmçinin, A.Kazımovanın mətbuat xidməti nümayəndəsi qeyd edib ki, müğənni haqqında böhtan xarakterli informasiyaları yayan “Masya” kimi tanınan transseksual Muraddır”.

“Öz həyat tərzinə görə o, Azərbaycanı tərk edib və Türkiyəyə köçüb, oradan da deportasiya olunub. O, sosial şəbəkələrdə Azərbaycan əleyhinə piarla məşğul olub. Sosial şəbəkələrdə ədəbsiz şəkillər yerləşdirib azərbaycanlı olduğunu vurğulayıb.

Onun Ramazzo ilə münaqişəsi var. Aygün Kazımova isə Muradın (Masya) xoşuna gəlməyən modelyerin hazırladıqları paltarları geyinir. Bu səbəbdən də o, xalq artisti ilə bağlı həqiqəti əks etdirməyən bəyanatlar yayır.

Təəssüf edirik ki, mətbuat heç bir həqiqətə söykənməyən, yoxlanılmayan informasiyaları dərc edir. Qeyd edək ki, hətta Masyanın məqaləsini dərc etmələri üçün bəzi jurnalistlərə pul təklif ediblər”- deyə, A.Kazımovanın bəyanatında qeyd olunub.

Qeyd edək ki, böhtan xarakterli xəbər həqiqətən də “Masya” kimi qələmə verilən transseksual tərəfindən Facebook-da yayıldı. Bu məlumat 1news.az-a da təqdim olundu. Lakin “Masya” tərəfindən A.Kazımovaya qarşı irəli sürülən ittihamlar ciddi sübuta söykənmədiyindən redaksiya həmin xəbəri dərc etməməyə qərar verdi.

Xatırladaq ki, təxminən iki il əvvəl ANS telekanalında “Müsavat”ın məqaləsində yer alan protinla bağlı süjet yayımlanmışdı və az sonra kanalın aparıcısı Aytən Səfərova həmin məlumatı təkzib etmişdi və Aygün Kazımovadan üzr istəyərək aşağıdakı bəyanatı vermişdi:

“Türkiyə mətbuatında Ramazzo haqqında məqalə dərc olunmuşdu və həmin məqalədə verilmiş şəkildə o Aygün Kazımova ilə birlikdə şəkli yayılmışdı. Sosial şəbəkələrdə bu mövzunu xalq artisti ilə əlaqələndirdilər və biz də səhv buraxdıq. Məqalədə söhbət Aygün Kazımovadan deyil, nəinki Azərbaycanda, həmçinin Türkiyədə məşhur olan Ramazzodan gedirdi. Xalq artistinin bu qalmaqalla heç bir əlaqəsi yoxdur. Sadəcə Türkiyə mətbuatı bu şəkli yayımlamaq üçün istifadə edib”.

1news.az

Paylaş:
10053

Son xəbərlər

Bütün xəbərlər