Bakı metrosunda Vaqif Mustafazadənin musiqiləri səsləndiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda Vaqif Mustafazadənin musiqiləri səsləndiriləcək

15:02 - 16 / 03 / 2016
Bakı metrosunda Vaqif Mustafazadənin musiqiləri səsləndiriləcək

Xəbər verdiyimiz kimi, bu gün dünya şöhrətli azərbaycanlı cazmen, pianoçu Vaqif Mustafazadənin doğum günüdür.

1news.az-ın verdiyi xəbərə görə, bu münasibətlə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 106.3 FM-lə birgə xüsusi proqram hazırlayıb.

Belə ki, bu gün saat 15:00-dan etibarən Bakı metrosunun bütün stansiyalarında V.Mustafazadənin musiqiləri səsləndiriləcək.

“3 saatdan artıq davam edəcək proqramdan həzz alacaqsınız”- deyə, Metropolitendən bildiriblər.

Xatırladaq ki, bəstəkar, pianoçu, caz-muğam üslubunun ustadı, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda İçəri Şəhərdə dünyaya göz açıb.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər