Yaşar Aydəmirov: “Seyran Ohanyan iki ağanın tək nökəri olmaq istəyir” | 1news.az | Xəbərlər
Siyasət

Yaşar Aydəmirov: “Seyran Ohanyan iki ağanın tək nökəri olmaq istəyir”

16:07 - 16 / 03 / 2016
Yaşar Aydəmirov: “Seyran Ohanyan iki ağanın tək nökəri olmaq istəyir”

“Ermənistanın həm Rusiyanın nəzarətindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəal üzvü olması, həm də NATO ilə yaxınlığı siyasi əxlaqsızlıqdan başqa bir şey deyil”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbəə görə, bu fikri keçən həftə Brüsseldə NATO-nun mənzil-qərargahında “28+1” formatında Şimali Atlantika Şurası ilə Ermənistan arasında keçirilən toplantıda Seyran Ohanyanın görüşlərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

“Seyran Ohanyan kimdir? Onu yəqin ki, NATO-da da yaxşı tanıyırlar. Əgər bilmirlərsə, qısa xatırlatma yerinə düşür. Qarabağ savaşında dinc əhaliyə qarşı qəddarlığı, amansızlığı, qaniçənliyi ilə ad çıxarmış quldur dəstəsinin başçısı, terror yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş və kriminal strukturların dəstəyinə arxalanaraq “dövləti” idarə edən şəxslərdən biridir. Ələ keçirdiyi hakimiyyəti zorla da olsa qoruyub saxlamaq üçün bütün vasitələrdən - yalan, iftira, şantaj, hətta əxlaqsızlıqdan belə çəkinmir.

Odur ki, Seyran Ohanyanın, eyni vaxtda KTMT və NATO-nun “qucağına” atılması onun kimi ünsürlər üçün adi haldır. Amma, necə deyərlər, onun “iki ağanın tək nökəri” olması cəhdləri heç bir fayda verməyəcək. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi, xalqımız və dövlətimizin iradəsi, Silahlı Qüvvələrimizin qüdrəti və gücündədir”, - deyə general-leytenant Y.Aydəmirov qeyd edib.

1news.az

Paylaş:
1245

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər