Rasim Musabəyov: “İki zidd səfər: Prezident Əliyevin Türkiyəyə və Sarkisyanın Rusiyaya səfəri” | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: “İki zidd səfər: Prezident Əliyevin Türkiyəyə və Sarkisyanın Rusiyaya səfəri”

17:40 - 16 / 03 / 2016
Rasim Musabəyov: “İki zidd səfər: Prezident Əliyevin Türkiyəyə və Sarkisyanın Rusiyaya səfəri”

Ankarada baş verən növbəti qanlı terror aktına görə tərəflər arasında Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı təxirə salınmadı. Prezident İlham Əliyevin təşəbbüsü ilə toplantı Ankarada keçirildi və Azərbaycan lideri buraya gəldi.

Türkiyə və bütün dünya bunu qardaş dövlətlərin sarsılmaz müttəfiqliyinin nümayişi kimi qəbul etdi.

Dünya və regiondakı vəziyyətlə bağlı məshəhətləşmələrdən əlavə tərəflər bir sıra müqavilələr imzaladı, TANAP TransAnadolu qaz- boru kəmərinin reallaşdırılmasının sürətləndirilməsi və ilin sonuna qədər Bakı-Tbilisi- Qars dəmir yolu çəkilişinin başa çatdırılması ilə bağlı razılıq əldə olundu.

Bu çoxmilyardlı layihə nəinki region üçün, o cümlədən bütün dünya üçün mühüm əhəmiyyətə malikdir.

Qarşıya qoyulan vəzifə hərbi qüvvələrin inteqrasiyası, qarşıdakı illərdə azərbaycan-türk iqtisadi münasibətlərinin həcmini 20 milyard dollara çatdırmaqdır.

Prezident İlham Əliyev Ankarada yüksək hörmət və istiqanlılıqla qarşılandı. Bunu nümayiş etdirən cəhətlərdən biri də Türkiyə prezidenti Ərdoğanın azərbaycanlı həmkarını protokol qaydalarından kənara çıxaraq təyyarə keçidinə qədər yola salması oldu.

Yaxın günlərdə prezident Sarkisyanın Moskva səfərinə gəlincə, Rusiya və Ermənistan KİV-in yazdığına görə Sarkisyan əliboş qayıdıb və Rusiya rəhbərliyi qarşısında qaldırdığı heç bir məsələ ilə bağlı müsbət cavab almayıb.

Ermənilərə nə kredit, nə investisiya, nə də təbii qazın qiymətlərinin aşağı salınması ilə bağlı söz vermədilər. Atom Elektrik Stansiyasının tikintisi haqqında ümumiyyətlə danışmağa imkan verilmədi. Prezident Putin tarix muzeyində erməni sərgisinin açılması ilə bağlı Sakisyanın yaltaq dəvətini  nəinki qulaqardı etdi, hətta öz “sadiq” vassalı ilə nahar, yaxud şam yeməyini belə uyğun görmədi.

Azərbaycan prezidentinin müttəfiq ölkə Türkiyəyə səfəri ilə, yüngül mənada Rusiyanın “fortpostu” adlandırılan Ermənistanın prezidentinin həmin ölkəyə səfəri arasındakı ziddiyyət aşkar görünür və əlavə şərhə ehtiyacı yoxdur.

Rasim Musabəyov

Paylaş:
1232

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər