“Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilib

20:15 - 16 / 03 / 2016
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü abzasa “27-ci maddəsinin” sözlərindən sonra “II hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda),” sözləri əlavə edilsin.

2. On altıncı abzasa “27-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilsin.

3. On yeddinci abzasa “27-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilsin.

4. İyirmi yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda iyirmi səkkizinci abzas əlavə edilsin:

“həmin Qanunun 27-ci maddəsinin XIII-I hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir”.

1news.az

Paylaş:
785

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər