Aurelia Qriqoriu “Şərəf” ordeni ilə təltif edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Aurelia Qriqoriu “Şərəf” ordeni ilə təltif edilib - FOTO

21:46 - 16 / 03 / 2016
Aurelia Qriqoriu “Şərəf” ordeni ilə təltif edilib - FOTO

Moldova parlamentinin keçmiş parlament vəkili (ombudsman), Moldova İctimai Palatasının sədri Aurelia Qriqoriu Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən təsis edilmiş “Şərəf” ordeni ilə təltif edilib. Azərbaycanın Moldovadakı səfirliyində ordenin təqdim edilməsi mərasimi keçirilib.

1news.az-a səfirlikdən verilən məlumata görə, A.Qriqoriu bu mükafata Azərbaycanla Moldova arasında dostluq əlaqələrinin möhkəmlənməsi, ölkələrin ərazi bütövlüyü və insan haqlarının müdafiəsi sahəsində çoxillik səmərəli fəaliyyətinə görə layiq görülüb.

Ordeni Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı adından onun sədri Elmar Məmmədov təqdim edib.

Mərasimə Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, digər ölkələrdən olan diplomatlar, Moldova ictimaiyyətinin nümayəndələri, elm, mədəniyyət xadimləri qatılıblar.

1news.az

Paylaş:
1257

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər