Azərbaycanda yay vaxtına keçid ləğv olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yay vaxtına keçid ləğv olundu

13:15 - 17 / 03 / 2016
Azərbaycanda yay vaxtına keçid ləğv olundu

Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur.

1news.az-ın Azərbaycan Nazirlər Kabinetinə istinadla verdiyi xəbərə görə, qərarda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin”.

1news.az

Paylaş:
1043

Son xəbərlər

Bütün xəbərlər