Eldar Mahmudov “Ağ ləpələr” üzərində: keçmiş nazir haqqında yeni faktlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Mahmudov “Ağ ləpələr” üzərində: keçmiş nazir haqqında yeni faktlar

13:36 - 17 / 03 / 2016
Eldar Mahmudov “Ağ ləpələr” üzərində: keçmiş nazir haqqında yeni faktlar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun doyumsuz iştahı haqqında yazmayan bəlkə də ancaq tənbəllərdir.

Aydın olub ki, Mahmudov və topladığı paqonlu cinayətkar dəstə uzun müddət şantaj, basqınçılıqla məşğul olub. “Himayədarlığa” görə iş adamlarını xərac verməyi məcbur edir, əmrlərinə tabe olmayanlara qarşı amansız cəzalar tətbiq edir, özünü Azərbaycanın “don Korleonesi” zənn edirdi.

1news.az redaksiyasına belə faktlardan biri haqqında məlumat daxil olub.  Məlumatda iş adamı Vüqar Ağayevə qarşı həyata keçirilən qanunsuz əməllərlə bağlı faktlar yer alıb. Bu məlumatlar iş adamının atası tərəfindən verilib və o, ancaq indi ailəsinin problemi haqqında danışmağa cəsarət edib.

Belə faktların hələ nə qədər aşkar olunacağını isə ancaq ehtimal etmək mümkündür. Lakin təkcə elə bu işdə maxinasiyaların həcmi sahibkarlardan  əldə olunan yüksək məbləğlər haqqında təsəvvür yaradır.

Məlumata görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2007-ci ildə iş adamı “R.A.N.” müəssisəsinin təsisçisi Ağayev Vüqar Asif oğluna Bakı şəhəri Cəfər Cabbarlı və Bəsti Bağırova küçəsinin kəsişməsində 25 mərtəbəli biznes mərkəzi tikintisini sifariş edib. V.Ağayevin tikinti işlərinə 7 milyon manatdan artıq xərc çəkməsinə baxmayaraq, ödəniş qismən qarşılanmışdı.

Lakin iştahı getdikcə artan E.Mahmudov “Dostluq” parkının yaxınlığında V.Ağayev tərəfindən  şəxsən onun üçün tikilən 2 milyon 800 min manatlıq villaya görə bir qəpik də olsun ödəniş etməyib.

Öz tahamının qurbanına çevrilən E.Mahmudov 2009-cu ildə Vüqar Ağayevə məxsus Bakı şəhəri Nobel prospekti 2207 ünvanında yerləşən  8.18 ha torpaq sahəsində “Ağ ləpələr” villa şəhərciyi tikilməsi nəzərdə tutulmuş əraziyə baxaraq  həmin layihəyə guya sərmayə qoyub  şərik olacağını V.Ağayevə bildirib.  

Lakin əsl niyyəti həmin layihəni ələ keçirmək olan E.Mahmudov 2009-cu ilin avqust ayında qohumu Musa Mahmudov vasitəsi ilə V.Ağayevi qəbuluna çağırıb. Qəbulda E.Mahmudov 2007-ci ildə sifariş verdiyi biznes mərkəzinin tikintisinə çəkilən xərcin 2.800.000 manatı keçmədiyini və V.Ağayevin qalan pulu mənimsədiyini bildirərək Musa Mahmudova tikinti yerində yoxlama aparmağı tapşırıb.

Bir ay sonra şantaj yenə də davam edir. İkinci dəfə E.Mahmudovun qəbulunda olan V.Ağayevə sabiq nazir sözarası zarafatla “camaat mənim qapımda növbəyə durur ki, hədiyyə versin, sən isə torpağı vermək istəmirsən” deyir.

V.Ağayev həmin təklifdən imtina etdiyini görən E.Mahmudov “səni içəri salaram və sən verməzsən sənin balalarından alaram” deyib hədə-qorxu gələrək sabahı gün torpağın rəsmiləşdirilməsinə göstəriş verib.

Gec də olsa V.Ağayev anlayıb ki, E.Mahmudov nəinki ona olan çoxmilyonlu borcunu qaytarmaq istəmir, əksinə, “Ağ ləpələr”i ələ keçirmək istəyir.

E.Mahmudovun hədəsindən bərk qorxuya düşən V.Ağayev sabahı gün əmlakları barədə atasının adına etibarnamə verərək əvvəlcə Gürcüstana, ordan Fransaya, sonra isə Amerika Birləşmiş Ştatlarına üz tutub.

Amerikada olduğu müddətdə atası Asif Ağayevə hədə-qorxu gəlinməklə Bakı şəhəri Nobel prospekti 2207 ünvanında olan 8.18 ha torpaq sahəsi E.Mahmudovun oğlu Anar Mahmudovun faktiki rəhbərliyi altında olan “İnşaatçı-E” MMC şirkətinə keçirilib.

Belə ki, həmin “İnşaatçı-E” MMC şirkətinin rəhbəri Orxan Seyidov Anar Mahmudovun təsisçisi olduğu “Kaspian-Petrol” MMC-nin də rəhbəridir.

Bundan başqa, hədə-qorxu ilə iş adamı V.Ağayevin Bakı şəhəri Salyan şosesində olan 8 hektar, Zirə qəsəbəsində şərikli aldığı 5 hektar və Şüvələn qəsəbəsində şərikli aldığı 1,2 hektar torpaq sahəsi də E.Mahmudovun qohumlarının adına rəsmiləşdirilib.

Vüqar Ağayevə məxsus 810.000 manat dəyəri olan 270 m2 qeyri-yaşayış sahəsi, 50.000 manat dəyərində “Mercedes” avtomobili də E.Mahmudovun yaxın ətrafının adına rəsmiləşdirilməklə əlindən alınıb.

2009-cu ilin sentyabr ayından öz vətənindən didərgin salınan Vüqar Ağayev nəhayət 2016-cı ilin yanvarında, təhlükəsizliyini təhdid edən əsas qüvvə - Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra evinə qayıdaraq Vətən həsrətinə son qoyub.

Ümid edirik ki, doğmalarına qovuşan Vüqar Ağayev tezliklə E.Mahmudov və onun cinayətkar qruplaşmasının şantaj və təhdid yolu ilə ələ keçirdiyi 30 milyon manat dəyərində şəxsi əmlakını geri qaytara biləcək. Bu işdə günahkar olanlar isə gərəkən cəzanı alacaqlar.

1news.az

Paylaş:
6968

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər