“Tarif Şurası haqqında Əsasnamə”də dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Tarif Şurası haqqında Əsasnamə”də dəyişiklik edilib

18:09 - 17 / 03 / 2016
“Tarif Şurası haqqında Əsasnamə”də dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1110; 2008, № 6, maddə 498; 2013, № 12, maddə 1508; 2014, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə “dövlət tənzimlənməsi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla,” sözləri əlavə edilsin”.

1news.az

Paylaş:
1092

Son xəbərlər

Bütün xəbərlər