AŞPA sədri: "Azərbaycandakı əfv təşəbüsünü alqışlayıram" | 1news.az | Xəbərlər
Siyasət

AŞPA sədri: "Azərbaycandakı əfv təşəbüsünü alqışlayıram"

19:06 - 17 / 03 / 2016
AŞPA sədri: "Azərbaycandakı əfv təşəbüsünü alqışlayıram"

"Mənə xoş bir xəbər verdilər ki, bu gün Azərbaycanda 148 nəfər həbsdən azad olunub", -deyə AŞPA sədri Pedro Aqramunt Azərbaycan Prezidentinin həbs olunan bəzi insanların əfvi ilə bağlı sərəncamına münasibət bildirib.

Aqramunt əfv olunanlar sırasında Anar Məmmədli, Rəsul Cəfərov, Takeh Xasməmmədov, Nemət Pənahlı, həmçinin NİDA hərəkatının bəzi üzvləri, siyasətçilər Tofiq Yaqublu, Yadigar Sadiqov və Sirac Kərimov, jurnalistlər Pərviz Həşimli, Xəlil Məmmədov da olub.

BUnunla yanaşı, Aqramunt jurnalist Rauf Mirqədirovun da bu gün azadlığa buraxılması faktını müsbət qarşılayıb.   

Xatırladaq ki, cümə axşamı, 17 mart 2016-cı il tarixində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən məhkəmədə jurnalistin appelyasiya şikayəti təmin edilib və R.Mirqədirovun cəzası 5 il şərti azadlıqdan məhrum etmə ilə əvəz olunub. Daha əvvəl ona 6 il müddətinə cəza təyin olunmuşdu.

"Bu ayın əvvəlində mən Bakıda oldum və ölkə prezidenti, parlament spikeri, xarici işlər naziri ilə görüşdüm. Məni əmin etdilər ki, yaxın zamanlarda iri miqyaslı əfv olacaq. Sevinirəm ki, bu verilən vədlərə əməl olundu", - AŞPA rəhbəri bildirib. Bu haqda Assambleyanın saytında məlumat yerləşdirilib.

O, bildirib ki, "bu təşəbbüsü alqışlayır" və azərbaycanın rəsmi şəxsləri ilə fəaliyyəti davam etdirəcək.

Xatırladaq ki, cümə axşamı, 17 mart tarixində Azərbaycan Respublikası Prezidenti 148 nəfər məhkumun əfv olunması haqqında sərəncam imzalayıb. Həmin şəxslərdən 137-si azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən, 6-sı islah işlərindən, 5 nəfər isə cərimə ödənilməsi cəzasından azad edilib.

Bu siyahıda olan 16 nəfər xarici ölkə vətəndaşıdır və azad olunan kimi ölkədən deportasiya olunub.

Əfvlə bağlı aktın qəbulu zamanı cinayətin ağırlığı, məhkumların cəmiyyət üçün nə dərəcədə təhlükəli olması, səhhəti və ailə vəziyyəti, cəzaçəkmə müəssisələrindəki davranışları nəzərə alınıb.

Əfv olunanlar sırasındakı 14 nəfərin azad olunması ilə bağlı hüquq-müdafiə təşkilatları vəsatət qaldırmışdı. Bura Akif Muradverdiyev, NİDA hərəkatının üzvləri :Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, Ömər Məmmədov,  QHT funksionerləri: Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, jurnalistlər: Pərviz Həşimov, Hilal Məmmədov, siyasi partiya üzvləri: Sirac Kərimli, Nemət Pənahlı, Yadigar Sadiqov və Tofiq Yaqubov daxildir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tam siyahı ilə keçiddə tanış olma mümkündür.

1news.az

Paylaş:
934

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər