Respublikanın mobil operatorları iki ay ərzində 122 mln. manatdan çox gəlir əldə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublikanın mobil operatorları iki ay ərzində 122 mln. manatdan çox gəlir əldə edib

19:59 - 17 / 03 / 2016
Respublikanın mobil operatorları iki ay ərzində 122 mln. manatdan çox gəlir əldə edib

Cari ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 251,6 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali sektoruna aid olub.

1news.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.          

Xidmətlərdən əldə olunmuş gəlirlərin 48,6%-i və ya 122,2 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

1news.az

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər