Qaraçuxura içməli suyun verilməsi dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaraçuxura içməli suyun verilməsi dayandırılıb

10:34 - 17 / 03 / 2016
Qaraçuxura içməli suyun verilməsi dayandırılıb

Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, buna səbəb həmin ərazidən keçən magistral su xəttində qəzanın baş verməsidir.

Qəza ilə əlaqədar martın 17-də gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər