Daxili İşlər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib

11:10 - 17 / 03 / 2016
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib

Azərbaycan DİN-in strukturunda növbəti kadr dəyişikliyi baş verib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonunun 30-cu Polis bölməsinin rəisi Tuncay Abbasov və Abşeron rayonu Müşviqabad qəsəbəsinin polis məntəqəsinin rəisi Eldar Qazıbəyov tutduğu vəzifədən azad edilib.

Buna müvafiq olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. R.Usubovun növbəti əmrinə uyğun olaraq T. Abbasov və E Qazıbəyov müvafiq olaraq paytaxtın Suraxanı rayonunun 33-cü Polis İdarəsinə və 30-cu Polis İdarəsinə rəis təyin olunublar.  

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarındakı kadr əvəzlənməsi prinsipinə əsasən əməkdaşlar müddəti mütdikdən sonra tutduğu vəzifədən azad edilərək başqa işə köçürülür.

1news.az

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər