Səhiyyə Nazirliyində yeni xidmət yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyində yeni xidmət yaradılıb

12:40 - 17 / 03 / 2016
Səhiyyə Nazirliyində yeni xidmət yaradılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.

1news.az-ın məlumatına görə, xidmətin yaradılmasında məqsəd ölkəmizdə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsidir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin vətəndaşların müraciətlərinə daha dəqiq və operativ yanaşma, problemlərin həlli, vətəndaş məmnunluğunun təminatı, qəbullarının mütəmadi aparılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbuluna dair tapşırığlarına əsasən Analitik Ekspertiza Mərkəzi tərəfindən kompleks tədbirlər görülür.

Mərkəzdə vətəndaşların müraciətlərinə operativ və dolğun baxılması, vətəndaş qəbullarının müasir tələblərə uyğun təşkili, səyyar və virtual qəbulların mütəşəkkil keçirilməsi, səhiyyədə kargüzarlığın qaydaları və təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və s. mövzulara dair mütəmadi müzakirələr aparılıb.

Bu məqsədlərlə yaradılmış yeni xidmətin əsas fəaliyyət istiqamətlərinə sahibkar və vətəndaşların müraciətlərinin qəbulu və operativ cavablandırılması, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, qeydiyyat sənədlərinin qəbulu və sahibkarlara təqdim edilməsi, eləcə də, şikayət və sorğuların qəbulu və cavablandırılması və s. mühüm məsələlər bir pəncərə prinsipi ilə fəaliyyət göstərəcək.

Belə ki, Mərkəzə daxil olan vətəndaş və ya sahibkarların müraciətlərinin qeydiyyata alınaraq elektron bazaya daxil edilməsi, dərkənar üçün rəhbərliyə təqdimatı, müraciətin icrası üçün Mərkəzin digər şöbələrinə yönəldilməsi, şöbələr tərəfindən icra olunan sənədlərin ərizəçilərə çatdırılması, bilavasitə şifahi müraciət şəxslərin aidiyyəti üzrə yönləndirilərək suallarının cavablandırılması bu xidmət vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq.

1news.az

Paylaş:
612

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər