Nazir müavini: “Azərbaycan rəhbərliyinin həyata keçirdiyi islahatlar beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir müavini: “Azərbaycan rəhbərliyinin həyata keçirdiyi islahatlar beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınacaq”

12:54 - 17 / 03 / 2016
Nazir müavini: “Azərbaycan rəhbərliyinin həyata keçirdiyi islahatlar beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınacaq”

“Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların ixtisarı, həmçinin sahibkarlıq subyektlərinin yoxlanılmasının 2 il müddətinə təxirə salınması biznes-mühitə müsbət təsir göstərəcək və bu, sözsüz ki, Beynəlxalq MaliyyəTəşkilatları (BMT) tərəfindən yüksək qiymətləndiriləcək”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda jurnalistlərə Dünya Bankının (DB) özəl sektorun inkişafı üzrə ekspertlərinin iştirakı ilə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən seminar zamanıbildirib.

Seminar Azərbaycanın İqtisadiyyat Naziriliyi tərəfindən təşkil olunub və Doing Business reytinqinin formalaşma metodologiyasında yeni dəyişikliklərə həsr olunub. Həmçinin seminar hər il DB və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən hazırlanır.

Onun sözlərinə görə, Azərbaycanda biznes-mühitin yaxşılaşdırılması, sahibkarlığın inkişafı

ilə bağlı islahatlar sözsüz ki, BMT tərəfindən 2017-ci ildə yeni Doing Business reytinqinin hazırlanması üçün nəzərə alınacaq.

Bununla yanaşı, nazir müavini qeyd etdi ki, 2016-cı ildə Azərbaycanda Doing Business mövqeyinin yüksəlməsi Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir.

“Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən və sahibkarlığın inkişafına istiqamətlənmiş islahatlarölkədə biznes-mühitin yaxşılaşdırılmasına imkan yaradacaq. Buna görə də 2016-cı ildə  Azərbaycan Doing Business reytinqində 2015-ci illə müqayisədə 80-ci yerdən 63-cüyəqalxaraq 17 pillə irəliləyib”, - S.Məmmədov deyib.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildə Doing Business reytinqində yüksək mövqelər tutub. Belə ki, Azərbaycanda əlverişli sahibkarlıq fəaliyyətininşəraiti ilə əlaqədar hesabatda ölkə 100 ballıq sistemdən 67,8-ni toplayaraq 63-cü yerə sahib olub.

2015-ci ilin reytinqində respublika 80-ci, 2014-cü ildə isə 70-ci yerdə qərarlaşmışdı.

Beləliklə, Azərbaycan 2015-ci ildəki enişini tamamilə qazanaraq Doing Business reytinqində dərhal 17 pillə irəliləyib. Ölkənin biznesin təşkili ilə bağlı əlverişli şərait indeksi 10 indikator üzrə orta göstərici təşkil edir.

1news.az

Paylaş:
733

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər