Prezident Niyazi Bayramovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev N.M.Bayramovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Niyazi Müzəffər oğlu Bayramov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
1news.az
667